Əsas xəbərlər
Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Sabaha olan HAVA PROQNOZU Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib Sığorta şirkətlərinin ÖDƏNİŞLƏRİ – RENKİNQ “Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan Yeni agentliyin yaradılması diplomların tanınmasında hansı rolu oynayacaq? Moskva aeroportlarında 70-dək reys təxirə salınıb və ya ləğv edilib “OPEC+” ölkələri dekabrdan gündəlik neft hasilatını 400 min barel artıra bilər

Niyaz İsmayılov: “Dünya tendensiyalarına uyğunlaşmaq üçün məsuliyyət yerli şirkətlərin üzərinə düşür”

Azərbaycan Sığortaçılar Assosiasiyasının dövri olaraq yayımlanan bülleteninin ənənəvi “Sığortalı müsahib” rubrikasında bu dəfəki həmsöhbətimiz “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov oldu. Həyat sığortası seqmenti ilə bağlı çox maraqlı məqamlara aydınlıq gətirən müsahibəni təqdim edirik:

– Son dövr üzrə açıqlanan icmal göstəricilərinə əsasən yerli həyat sığortası bazarının mövcud vəziyyətini, potensialını və inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

– Məlumatı olmayanlar üçün bildirim ki, həyat sığortası şirkətləri əsasən 2 məhsulunu müştərilərə təqdim etməkdədir. Hazırda “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası” və “Yığım tərkibli yaşam sığortası” məhsulları biznesin əsasını təşkil edir.

Diqqətinizə çatdırım ki, İcbari sığorta üzrə ümumi bazar potensialı 62 milyon manat görünür və demək olar ki, potensial bazarın 90%-i artıq sığortalanıb. Nəticəni çox yaxşı hesab etmək olar.

Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyinin əməyini vurğulamaq istərdim. Belə ki, “Ağarma işləri”, əmək müqavilələrinin sayının artırılması, əmək haqqı fondunun artırılması və o cümlədən qeyri-neft sektorunun inkişafı həyat sığortası bazarına öz müsbət təsirini göstərməkdədir. Nəticədə də düşünürəm ki, gələcəkdə İcbari sığorta növü üzrə bazarın potensialı hətta 100 milyon manatı keçə bilər.

Yaşam sığortası üzrə isə əksinə penetrasiya elə də yüksək səviyyədə deyil. Hazırda təxmini 2-3% təşkil edir. Gördüyünüz kimi bu yöndə bazarda çox böyük potensial var. Yaşam sığortası məhsulu üzrə keçən ilin ilk 6 ayı ilə müqayisədə portfelimizdə 26% artım müşahidə edirik.

Qeyd edim ki,  əsas olan “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası” və “Yığım tərkibli yaşam sığortası” məhsulları dövlət dəstəyi olan məhsullardır. Bu iki əsas məhsuldan savayı digər məhsullar da işlənilməlidir. PAŞA Həyat-da aparılan işlər nəticəsində digər könüllü (dövlət dəstəyi olmayan) həyat sığortası məhsulları işıq üzü görüb və görəcək. Artıq könüllü növlər üzrə biz 2021-ci ilin ilk 7 ayında 23 mln. manat sığorta haqqı əldə etməyə müvəffəq olmuşuq.

– Dünyada və ölkəmizdə bu gün də davam edən COVID-19 pandemiyası və ölkədə müxtəlif dövrlərdə tətbiq edilən sərtləşdirilmiş karantin qaydaları həyat sığortası bazarına hansı şəkildə təsir etmiş oldu? Və həyat sığortası bazarı real neqativ təsirə adekvat olaraq əks-təsir reaksiyası göstərə bildimi?

– Mən deyərdim ki, pandemiya bütün dünya iqtisadiyyatlarına təsir etmişdisə, əlbəttə, nəticə etibarı ilə bizim həyat sığortası bazarına da zərbə vurdu. Bunu biz ilk olaraq yığımların ümumi azalması tendensiyasından müşahidə edə bilərik. Digər tərəfdən, ümumi iqtisadi inkişafın ləngiməsi mütləq maliyyə sektorunda öz əksini tapır. Qeyd edim ki, Azərbaycan dövləti bu bəlanın törədə biləcəyi mənfi təsiri maksimum səviyyədə minimallaşdırdı və hazırda demək olar ki, bütün sahələr normal fəaliyyətə qayıdıb. Məncə bununla göstərilən əks-təsirin effekti göz qabağındadır.

Dünya miqyaslı bu fəlakət baş verdikdə biz müxtəlif vasitələrdən istifadə etməyə başladıq. PAŞA Həyat olaraq biz ilk olaraq çıxış yolunu proseslərimizi sürətləndirməkdə, yəni rəqəmsal həllərdə görürdük. Müştərilər üçün Şəxsi kabineti yenilədik və istifadəyə verdik, satıcılar üçün “onboarding” (onlayn müştəri müraciəti tətbiqi) sistemini formalaşdırdıq, hər bir vəziyyətə həm şirkətdaxili, həm də xarici adaptiv reaksiyalar göstərməyə üstünlük verdik, müştərilərə əlçatan olmaq üçün bir çox xidmətlərin onlayn formada təqdim olunması və digər proseslər üzərində çalışdıq. Bu proses indi də dayanmayıb və şirkətimizin əsas fəaliyyəti-amalı müştərilərimizə yaxın olmaqla yanaşı, keyfiyyətli və sürətli xidmət təklif etməkdir.

İndiki halda biz artıq planlaşdırılan yığımdan üstün yığım əldə etməyə müvəffəq olmuşuq.

– Qlobal həyat sığortası sektorunda cərəyan edən proseslərə, tətbiq edilən yeni trendlərə yerli həyat sığortası bazarının reaksiyasını necə qiymətləndirirsiniz? Yerli bazar həyat sığortası seqmenti üzrə müşahidə olunan beynəlxalq tendensiyalara nə dərəcədə uyğunlaşa bilir?

– Hazırda annuitet, şəxsi pensiya fondları və investisiya məhsulları dünyanın bir çox ölkəsində həyat sığortaçıları tərəfindən təqdim olunur.

İqtisadi islahatlar aparıldıqca paralel olaraq bazar inkişaf edəcək və cəmiyyətin davranışı dəyişəcək. Trend də məhz onu göstərir ki, bir çox hallarda dünya praktikasında fond bazarı inkişaf etdikcə investisiya yönümlü məhsullar şirkətlər tərəfindən daha çox təqdim olunur. Artıq davranış dəyişdikcə şirkətimizin investisiya yönümlü məhsulları daha çox cəlbedici olacaq. Məlumatınız üçün qeyd edim ki, investisiya yönümlü məhsullar üzrə hazırda xüsusi analizlər aparılır və müxtəlif müştəri qruplarına bu məhsullar tərəfimizdən təklif olunur. 2022-ci ilin sonuna biz investisiya yönümlü məhsullardan 50 milyon manata yaxın yığım əldə edəcəyimizi düşünürük.

Digər tərəfdən, dünya tendensiyalarına uyğunlaşmaq üçün məsuliyyət məhz yerli şirkətlərin üzərinə düşür. Hər bir sığorta şirkəti həm insan resurslarına investisiya yatırmalı, innovativ mühit formalaşdırmalı rəqamsal sistemləri və Data Analitika yanaşmasını inkişaf etdirməlidir. Artıq o dövrdəyik ki, müştərilərimiz də rəqəmsal həllər üzərindən bizimlə əlaqə qurmağa üstünlük verir. Xidmətlərin rəqəmsal formada olması üçün böyük dəyişikliklər görülməli, rəhbər işçilərin məsələlərə baxışı dəyişməlidir. Bütün bunların ayrı-ayrılıqda bazarın hər bir iştirakçısı tərəfindən tətbiq olunması vacibdir.

Vacib məsələlərdən biri də Risk menecment sisteminin qurulmasıdır. Yerli sığortaçılar risklərin idarəedilməsində əsasən Anderaytinq və Rezervlərin hesablanmasından istifadə edirlər. Əslində bu səhv yanaşmadır. Risk menecment çox geniş anlamdır. Geniş baxdıqda Əməliyyat riskləri, Kredit və Bazar riskləri, Sığorta riskləri də tətbiq olunmalıdır. Sığorta bazarında demək olar ki, belə struktur yoxdur. Qlobal şirkətlər artıq “MHBS 17” standartına keçirlər ki, bu da mühasibat sistemində köklü dəyişikliyə səbəb olacağı mənasına gəlir. “Solvency 2” standartlarının paralel tətbiqi risk menecmentin daha da təkmilləşdirilməsinin vacibliyini artırır. Bu iki standartın tətbiqi ilə sığorta şirkətləri stres vəziyyətlərini ölçməli, nəticələri biznes qərarları verərkən istifadə etməli və müştəri portfellərini ədalətli dəyər anlayışı ilə qiymətləndirməlidirlər. Sığorta şirkətləri üçün çətin sınaq olsa da, müştərilər üçün şirkətlərin maliyyə sağlamlığını, kapitallarının kifayətliliyini ölçə bilmək üçün effektiv alətlərdir.

Yuxarıda sadaladığım bütün istiqamətlərin hamısı normal qurulmalı və işlək olmalıdır ki, beynəlxalq tendensiyalara uyğunlaşa bilək.

– Uzun illərin həyat sığortaçısı kimi necə düşünürsünüz, həyat sığortası bazarımızın növbəti mərhələ üzrə prioritetləri nədən ibarətdir?

– Biz daim klassik sxemlə çalışırdıq. Lakin son illərin çağırışı dəyişib. Biz buna uyğunlaşmağa çalışmalıyıq.

Əsas məhsullar üzrə mən ümumən artım gözləyirəm. Bizim səylərimiz bu istiqamətdə davam edir və yaxın illərdə əsas məhsul kimi də qalacaqlar. Lakin vurğuladığım kimi dövlət dəstəyi olan məhsullardan asılılığımızı maksimum azaltmaq istərdik və bu istiqamətdə çalışırıq.

Rəqəmsallaşma və bir daha rəqəmsallaşma hər bir şirkətin növbəti və hazırkı dövrü üçün bazarda şüarı olmalıdır.

Hazırda məhz müştərinin istəklərinə cavab verən məhsullar yaradılmalıdır. Bunun üçün “Agile” metodologiya tətbiq olunmalı, güclü İT komanda formalaşmalı, Data analitika üzrə ciddi işlər aparılmalıdır.

Pontensialı olan bazarda iri addımlar atmaq üçün birinci silah məhz öncə qeyd etdiyim yeni yanaşmalardır. Hər bir maliyyə şirkəti bunu anlamalı və lazımi tədbirlər görməlidir.

PAŞA Həyat şirkətinin 2021-2023 strateji dövrü bütün sözügedən yanaşmaları əhatə edir.

SHARE THIS STORY

FacebookTelegramTwitter