Əsas xəbərlər
Çin kömür qiymətlərinə müdaxilə etməyi düşünür Pərviz Şahbazov 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi “Bank of Baku”-nun kapitalı 18.8% artıb -HESABAT Azərbaycanda sutkalıq yoluxma sayı iki mini ötdü – FOTO Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,4 dəfə artıb Azərbaycan bankları bu gün nə qədər dolar alıb ?-MƏBLƏĞ AccessBank tender elan edir Fitch Ratings PAŞA Yatırım Bankası-nın reytinqini təstiqləyib-HESABAT İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN Azərbaycanın xaricdə ən çox tələb olunan ərzaq məhsulları hansılardır? – SİYAHI Rusiyadan Avropaya “Şimal Axını 2 yoxdursa, əlavə qaz da yoxdur” tələbi Rusiyadan Google-a irihəcmli CƏRİMƏ Bitcoin yenidən BAHALAŞDI Nazir iki rayona yeni rəis təyin etdi Azərbaycanda reklam bazarının vəziyyəti müzakirə edilib  “Kristal Abşeron” işçi axtarır Yemeksepeti-nin sahibi Getir-in rəqibinə sərmayə qoyub Sabahın hava proqnozu İndoneziya Mərkəzi Bankı faiz qərarını açıqlayıb Bu ilin 8 ayında 36 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Metroda gedişhaqqı artırılacaq? – RƏSMİ AÇIQLAMA Bu il Azərbaycanda 51 üçəm, 4 dördəm doğulub Azərbaycan əhalisinin nominal gəlirləri 2% artıb Dövlət büdcəsində 160 mln. manatlıq profisit yaranıb Azərbaycan əhalisinin sayı AÇIQLANDI Azergold tender elan edir Azərbaycanda reklam televiziyası yaradılır Reklamçıların vahid birliyi yaradılır-AÇIQLAMA Rusiya NATO ilə əməkdaşlığı dayandırır İqtisadiyyat Nazirliyinin qurumu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göstəriş verib Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq Azərbaycanın sığorta bazarı 13% böyüyüb Kapital Bank işçi axtarır Koronavirusla bağlı SON STATİSTİKA “Rebuild Karabakh”sərgisində iştirak edəcək şirkətlərin sayı açıqlanıb Rusiyada təqaüdlü təhsil üçün müraciətlərin qəbuluna az qaldı Azərbaycanda məktəblər bağlanır? – Təhsil Nazirliyindən AÇIQLAMA Jeep Wagoneer qeyri-rəsmi satışa çıxarıldı – FOTO İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilmə vaxtı açıqlanıb Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub Xarici İşlər Nazirliyi tender elan edir “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib “VKontakte”nin işində qüsurlar yaranıb NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib Mitsubishi Outlander PHEV modelinin debüt tarixi bəlli olub Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar? Daha bir məktəb distant tədrisə keçib Bakıda koronavirusa ən çox yoluxma bu rayonadır Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı “Apple” üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək? Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı Türkiyədə 5,8 bal gücündə zəlzələ olub Qarabağın turizm potensialı qiymətləndiriləcək Spotify yüzlərlə adamı işə götürəcək Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb Azərbaycan nefti ucuzlaşıb-SON QİYMƏT Milyonlarla dollar gəlir qazandılar Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurub Goldman qaz qiymət proqnozunu artırır Neft UCUZLAŞIB Bu sahədə dünya birincisi olacağıq – Ərdoğan Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Apple 2 yeni məhsul təqdim edib-QİYMƏT “Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ

Nicat Hacızadə: Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi sürətlə böyüyəcək

Nicat Hacızadə: Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi sürətlə böyüyəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan Türkiyə əlaqələrini şərh edir: 

 Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən aparılan iqtisadi-siyasət hər iki ölkənin iqtisadi artım və inkişafına birbaşa təsir göstərmişdir. Habelə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin dünya miqyasında güclü bir dövlətə çevrilməsi və regionda aparıcı rola malik olması ölkənin iqtisadi və siyasi gücünü daha da artırmışdır.

Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi mühüm rol oynamışdır. Bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın makroiqtisadi dayanıqlığı güclənmiş, əhalinin gəlirlərində əhəmiyyətli artım müşahidə olunmuşdur. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasındakı xarici ticarət əlaqələri daha da genişlənmişdir. Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmişdir, həmçinin Azərbaycanın Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarına keçidində də əhəmiyyətli rol oynamışdır. Son statistikalar göstərir ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər qazandırır.

Statistik rəqəmlərin təhlili də göstərir ki, Türkiyə ilə Azərbaycanın iqtisadi münasibətləri ildən ilə inkişaf edir. 2019-cu ildə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2018-ci illə müqayisədə 323 min və ya 11.4% artaraq tarixi rekorda – 3.2 milyon nəfərə çatıb. Ötən  ildə ölkəmizə gələnlərin 10,0 faizi Türkiyə vətəndaşı olmuşdur. 2019-cu ildə Azərbaycana Türkiyədən gələnlərin sayı 8.6 faiz artaraq müvafiq olaraq 316 min nəfər təşkil edib.

Qeyd edək ki,  2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5567,7 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 11,4 faizi Türkiyəyə getmişdir. Ötən il Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 faiz artmışdır.

Hər iki ölkənin xarici ticarət münasibətlərində artım davam edir. İtaliyadan sonra Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı olan Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cı il üçün  33  faiz artaraq 4,5 mlrd ABŞ dollar təşkil etmişdir. Bu göstərici ilə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Türkiyə 13,54 faizlə ikinci yerdə qərarlaşmışdır. İxrac statistikasına nəzər yetirsək ötən il  Azərbaycanın ixrac artımında yüksək faiz artımı ilə fərqlənən  ölkə qardaş Türkiyə olmuşdur. Belə ki, 2019-cu ildə Azərbaycanın sözügedən ölkəyə ixracı 2,9 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da 36 faiz artım deməkdir. Qeyri-neft sektorunda müşahidə edilən artımda Türkiyəyə edilən ixrac mühüm rol oynayır. Artım Azərbaycanın ümumi ixrac payında da müşahidə edilir ki, bu 5,2 faiz artımla 14,58 faiz paya malikdir. Digər idxal əməliyyatlarında isə 2019-cu il Türkiyədən idxal 69,9 mln ABŞ dolları artaraq 1,6 mlrd ABŞ dolları təşkil etmişdir. Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malikdir. Xüsusilə, 2019-ci ildə müsbət saldo 2018-ci illə müqayisədə 966,7 mln ABŞ dolları artaraq 1,2 mlrd ABŞ dolları təşkil etməsi, son illərin rekord göstəricisidir. 2019-cu ilin qeyri neft ixracında 401,8 mln ABŞ dolları ixracat həyata keçirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə ixracda 16,5 faiz artım deməkdir. Qeyri-neft ixracında da Türkiyə Rusiya Federasiyasından sonra ikinci yerdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalına daxil olan ixrac sifarişlərində Türkiyə ikinci sırada qərarlaşmışdır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyib Ərdoğanın Bakıya səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” xarici ticarət dövriyyəsinin artırılması istiqamətində tarixi bir sazişdir. Azərbaycanın MDB ölkələri ilə də azad ticarət sazişləri mövcuddur ki, bu da yerli məhsulların sözügedən bazarlarda qiymət üstünlüyünə təsir edəcək amildir. Təsadüfi deyil ki, Rusiya Federasiyasına ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən istifadə edirlər. Türkiyənin də son üç ildə Azərbaycanın ixracında ikinci mövqedə qalması, bu ölkə bazarlarında imkanların mövcud olmasını göstərir. Bu baxımdan müəyyən edilmiş məhsullar üzrə preferensial müqavilə hər iki ölkə arasında idxal-ixrac əməliyyatlarını daha da artıracaqdır. Bundan əlavə, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Türkiyə Cümhuriyyəti ilə ticarət sazişinin bağlanması ilə bağlı müvafiq maddə qeyd edilmişdir.

Bundan əlavə, “2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” ticarət əməliyyatlarına ən yaxşı dəstək verəcək amildir. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki reqlamentləri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmənin sadələşdirilməsi ilə nəticələnəcək. Fəaliyyət planı həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaq. Avropa Birliyi ölkələri Türkiyənin ixracında önəmli pay tutur. Bunun bir səbəbi Türkiyənin “Avropa Gömrük Birliyi”ndə təmsil olunmasıdırsa, digər səbəbi Avropa Birliyi texniki reqlament və standartlarına uyğun mal və məhsul istehsal etməsidir. Bu baxımdan Türkiyənin bu sahə üzrə uzun illər formalaşmış təcrübəsi Azərbaycanın mal və məhsullarının Avropa Birliyi bazarlarına ixracına dəstək ola bilər.

            İnvestisiya qoyuluşuna gəlincə Azərbaycan Türkiyəyə ən çox investisiya yatıran ölkədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda hal-hazırda 4000-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və 300-ə yaxın layihələrdə 16 mlrd ABŞ dolları civarında işlər görülmüşdür. Bundan əlavə, Prezident İlham Əliyevin qeyd etdiyi  kimi Azərbaycan Türkiyə iqtisadiyyatına 18 mlrd ABŞ dolları, Türkiyə isə Aərbaycan iqtisadiyyatına 12,5 mlrd ABŞ dolları investisiya qoyulmuşdur.

            Türkiyənin enerji təhlükəsizliyində başlıca rol oynayan Azərbaycan son illər bu istiqamətdə nəhəng layihələr icra etmişdir. Belə ki, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə – TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.

  Beləliklə, Türkiyə Cümhuriyyəti Prezidentinin Bakıya səfəri iki ölkə arasındakı investisiya qoyuluşlarını və turizmin inkişafında yeni mərhələyə səbəb olacaqdır. Bu prosesə başlıca səbəb  imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”idir. Bu saziş nəticəsində Türkiyəli investorların Azərbaycanda bazar araşdırılması üçün sərf etdiyi günlərdə limit olmayacaq və azad şəkildə investisiya fəaliyyətini apara biləcəklər. Bundan əlavə, viza ləğvi hər iki ölkə vətəndaşlarının qarşılıqlı turizm səfərlərinə əlavə stimul verəcək və bu təbii ki, hər iki ölkənin turizm sənayesinə töhfələrini göstərəcəkdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter