Nazir: “Azərbaycanın müdafiə xərcləri 404 milyon manat artırılır”

“Büdcədə prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasıdır”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, bu gün qardaş Türkiyədə də Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin birinci ildönümü təntənəli şəkildə qeyd edir: “Xalqımız yeni dövrə qədəm qoyur. Biz məcburi köçkünlərin torpaqlarına qayıtması kimi şərəfli vəzifəni həyata keçirməliyik”.

S. Şərifov qeyd edib ki, ötən dövrdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəfər yolu açılıb: “Növbəti ildə bu məqsədlə 2,2 milyard manat ayrılması nəzərdə tutulub. Eyni zamanda geosiyasi proseslər nəzərə alınmaqla, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi büdcədə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Gələn il büdcə xərclərinin 15 faizini, yəni 4 490 milyon manat təşkil edəcək. Ümumilikdə isə müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub”.

SHARE THIS STORY

FacebookTelegramTwitter