Nağdsız valyuta əməliyyatları 1.6% artıb

2021-ci ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 1.6% artaraq 19.2 mlrd. ABŞ dolları ekvivalentində olub.

Fins.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə dair yanvar-sentyabr hesabatında bildirilir.

Məlumata görə,nağdsız valyuta əməliyyatlarının 85.9%-i ABŞ dollarında, 14.1%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 28.7%-i banklararası valyuta bazarında (BVB), 71.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter