Nağdsız əməliyyatların həcmi 67% ARTIB

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 9 ayı ilə müqayisədə 67% artıb.

Fins.az xəbər verir ki,2021-ci ilin 9 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 7218 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3988 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2771 mln. manatı POS-terminallar, 455 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 27.8%-ni təşkil edib.

SHARE THIS STORY

FacebookTelegramTwitter