MÜSAHİBƏ

22 Oktyabr

Bəhruz Bəhramov: "Son 10 ildə ARDNF-nin investisiya gəlirləri 15 milyard dolları keçib"

Finss.az - Bəhruz Bəhramov: "Son 10 ildə ARDNF-nin investisiya gəlirləri 15 milyard dolları keçib"

Son 10 ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri 15 milyard ABŞ dollarını keçib.

"Report" xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, ARDNF-nin aktivləri 70 milyard ABŞ dollarını keçib: "Bu gün ARDNF-in vəsaiti ÜMD-in 90 %-ni, dövlət borcunun 13 qatını üstələyir".

O qeyd edib ki, yaradıldığı dövrdə 270 milyon ABŞ dolları ilə fəaliyyətə başlayan ARDNF hazırda ölkənin fiskal və makro-iqtisadi sabitliyinə mühüm rol oynayır: "Fond həm yığım, həm də resursların rasional bölüşdürülməsi baxımından, xarici şoklara qarşı etibarlı təhlükəsizlik yastığı funksiyasını yerinə yetirir".