Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar olacağını proqnozlaşdırır.
Bu barədə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə məlumat verib.
Sədr həmçinin bildirib ki, 2026-cı ildə təbii qazın 1 000 kubmetrinin orta qiyməti 288 dollar səviyyəsində gözlənilir.
AMB-nin bu proqnozları enerji bazarının gələcək dinamikasını və dövlətin iqtisadi planlamasını əks etdirir.