MÜSAHİBƏ

21 Avqust

BOKT “Effektivinvest”in ilk yarı maliyyə hesabatı açıqlanıb

BOKT “Effektivinvest”in 2025-ci ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələri açıqlanıb. Kredit təşkilatının faiz gəlirləri artmasına baxmayaraq, ehtiyatlar səbəbindən xalis mənfəət kəskin azalıb.

Finss.azBOKT “Effektivinvest” 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.

  • Faiz gəlirləri: 362,8 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 207 min manat və ya 2,3 dəfə artım).

  • Faiz xərcləri: 58 min manat, 3,8 dəfə artaraq xalis faiz gəlirini 305 min manat təşkil edib.

  • Haqq və komissiya gəlirləri: 210 min manat.

  • Əməliyyat gəliri: 500 min manat.

  • Ümumi və inzibati xərclər: 125 min manat.

Lakin kreditlər üzrə mümkün zərərlərə qarşı yaradılan 368 min manatlıq ehtiyat səbəbindən şirkətin vergidən əvvəlki mənfəəti 14 dəfə, xalis mənfəəti isə 28,8 dəfə azalaraq 3,2 min manata düşüb.

Aktivlər və öhdəliklər:

  • Cəmi aktivlər: 3,4 milyon manat (2,9 milyon manat kredit portfeli).

  • Cəmi öhdəliklər: 2 milyon manat (1,7 milyon manat uzunmüddətli, 332 min manat qısamüddətli).

  • Cəmi kapital: 1,4 milyon manat

 

© fed.az