MÜSAHİBƏ

21 Avqust

“Bank of Baku”nun faiz gəlirləri 1 ildə 14,8% artıb

2025-ci ilin ilk yarısında “Bank of Baku”nun faiz gəlirləri 83,6 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur. Əsas artım kreditlər üzrə faiz gəlirlərində qeydə alınıb.

Finss.az – 30 iyun 2025-ci il tarixinə “Bank of Baku”nun faiz gəlirləri 83 milyon 626 min manat təşkil edib. Bu barədə bankın rüblük hesabatına istinadən məlumat verilib.

Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10 milyon 753 min manat və ya 14,8% artım deməkdir.

Faiz gəlirlərinin əsas hissəsini – 79 milyon 268 min manat müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 250 min manat və ya 16,5% artıb.

Hesabat dövründə bankın digər faiz gəlirlərində də kəskin artım qeydə alınıb. Belə ki, bu gəlirlər 505 min manat artaraq 769 min manata yüksəlib və əvvəlki dövrlə müqayisədə 2,9 dəfə çoxalıb.

Bundan əlavə:

  • Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri – 1 milyon 580 min manat

  • Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri – 2 milyon 9 min manat təşkil edib.

Xatırladaq ki, 30 iyun 2024-cü il tarixinə “Bank of Baku”nun faiz gəlirləri 72 milyon 873 min manat səviyyəsində olub.