MÜSAHİBƏ

21 Avqust

Yapı Kredi Bankın kredit portfeli 384,5 milyon manata çatdı – 21,1% artım

2025-ci ilin I yarısında Yapı Kredi Bank Azərbaycanının müştərilərə verdiyi kreditlərin ümumi həcmi 384,5 milyon manat olub. Xalis kredit portfeli 355,9 milyon manat təşkil edib və biznes, istehlak və daşınmaz əmlak kreditləri üzrə artım qeydə alınıb.

Finss.az – 30 iyun 2025-ci il tarixinə olan göstəricilərə görə, Yapı Kredi Bank Azərbaycanın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 384 milyon 484 min manat təşkil edib. Bankın rüblük hesabatına görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 66 milyon 895 min manat və ya 21,1% artım deməkdir.

Kredit portfelinin strukturu:

  • Biznes kreditləri: 234 milyon 379 min manat (+46 milyon 619 min manat / 24,8% artım)

  • İstehlak kreditləri: 94 milyon 488 min manat (+12 milyon 603 min manat / 15,4% artım)

  • Daşınmaz əmlak kreditləri: 55 milyon 618 min manat (+7 milyon 675 min manat / 16,0% artım)

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat: 28 milyon 623 min manat

Xalis kredit portfeli: 355 milyon 861 min manat (+66 milyon 108 min manat / 22,8% artım)

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 317 milyon 589 min manat, xalis kredit portfeli isə 289 milyon 753 min manat təşkil etmişdi.