2025-ci ilin I yarısında Kapital Bankın faiz xərcləri 184,9 milyon manat olub. Depozitlər üzrə faizlər və Mərkəzi Bank öhdəlikləri xərclərinin artımı əsas səbəbdir.
Finss.az – 30 iyun 2025-ci il tarixinə olan göstəricilərə görə, Kapital Bankın faiz xərcləri 184 milyon 907 min manat təşkil edib. Bankın rüblük hesabatına görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 92 milyon 278 min manat və ya təxminən 2 dəfə artım deməkdir.
Faiz xərclərinin əsas istiqamətləri:
-
Depozitlər üzrə faizlər: 135 milyon 657 min manat (+71 milyon 444 min manat / 2,1 dəfə artım)
-
Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər: 7 milyon 352 min manat (öncəki il 666 min manat, 11 dəfədən çox artım)
-
Qiymətli kağızlar üzrə faiz xərci: 15 milyon 403 min manat (ötən il 0)
-
Digər faiz xərcləri: 13 milyon 178 min manat (2,5 dəfə artım)
-
Cəlb edilmiş kreditlər və depozitlər üzrə ödənilən faizlər: 13 milyon 317 min manat
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində bankın ümumi faiz xərcləri 92 milyon 629 min manat təşkil etmişdi.