2025-ci ilin iyun ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda bankların qeyri-faiz gəlirləri artımında “Bank Melli İran” Bakı filialı liderdir. TOP 10 bankın artım göstəriciləri açıqlanıb.
Finss.az – 2025-ci ilin 30 iyun tarixinə olan göstəricilərə görə, Azərbaycanda bankların qeyri-faiz gəlirləri əhəmiyyətli artım nümayiş etdirib. Qeyri-faiz gəlirlərinin dinamikası əsasında hazırlanan renkinqə görə, liderlik “Bank Melli İran” Bakı filialına məxsusdur. Bankın qeyri-faiz gəlirləri 176 min manat artaraq 11,4 dəfə yüksəlib.
TOP 10 bank üzrə qeyri-faiz gəlirlərinin artımı:
-
Bank Melli İran – +176 min manat (11,4 dəfə)
-
TuranBank ASC – +3 396 min manat (41,8%)
-
Ziraat Bank Azərbaycan ASC – +2 838 min manat (36,1%)
-
Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC – +52 450 min manat (35,8%)
-
Xalq Bank ASC – +6 252 min manat (31,0%)
-
Bank BTB ASC – +762 min manat (29,7%)
-
Bank Avrasiya ASC – +291 min manat (25,5%)
-
Bank VTB (Azərbaycan) ASC – +1 249 min manat (20,6%)
-
Yapı Kredi Bank Azərbaycan QSC – +2 188 min manat (19,2%)
-
Kapital Bank ASC – +36 329 min manat (13,2%)
Bank sektorunda qeyri-faiz gəlirlərinin artımı bankların əsas əməliyyat gəlirləri ilə yanaşı əlavə maliyyə resurslarının artımını da əks etdirir.