Finss.az - 2025-ci ilin yanvar–iyul aylarında Azərbaycana 313,9 milyon dollar dəyərində 11 544 ton əczaçılıq məhsulu idxal olunub. Dəyər ifadəsində artım olsa da, miqdar 14,3% azalıb.
2025-ci ilin ilk 7 ayında Azərbaycana 313,9 milyon dollar həcmində 11 544 ton əczaçılıq məhsulu idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 milyon dollar və ya 2,8% artıb, lakin miqdar ifadəsində 1 930 ton, yəni 14,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar–iyul ayları ərzində Azərbaycana 305,5 milyon dollar dəyərində 13 474 ton əczaçılıq məhsulu idxal edilmişdi.
Hesabat dövründə 1 kiloqram əczaçılıq məhsulunun orta idxal qiyməti 46 manat 24 qəpik təşkil edib. Ötən il bu rəqəm 38 manat 54 qəpik idi ki, bu da 7 manat 70 qəpik və ya 20% bahalaşma deməkdir.
2025-ci ilin yanvar–iyul aylarında ümumi idxalın 2,31%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən il isə bu göstərici 2,83% təşkil edirdi.
Mənbə: Dövlət Gömrük Komitəsi