MÜSAHİBƏ

20 Avqust

Brent markalı neftin bir barreli 66,17 dollara qədər bahalaşıb

Finss.az xəbər verir ki, bazar ertəsi gün ərzində neft qiymətləri mülayim şəkildə artır, investorlar geosiyasi hadisələri qiymətləndirirlər.

Bakı vaxtı ilə saat 10:31-də Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 0,32 dollar (0,49%) artaraq bir barel üçün 66,17 dollar olub. WTI markalı neftin sentyabr fyuçersləri NYMEX birjasında 0,39 dollar (0,62%) artaraq bir barelə görə 63,19 dollar təşkil edib.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşün nəticələrini yüksək qiymətləndirərək, danışıqlarda “böyük irəliləyiş” əldə olunduğunu qeyd edib. O, həmçinin bildirib ki, Rusiyaya qarşı əlavə sanksiyalar barədə düşünməyin mənası yoxdur.