MÜSAHİBƏ

19 Avqust

Prezident İlham Əliyev “Goldman Sachs” nümayəndəsini qəbul edib

Finss.az - Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

Görüş zamanı Azərbaycanın maliyyə bazarları, beynəlxalq investisiya imkanları və ölkənin qlobal iqtisadi inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Cared Kohen “Goldman Sachs”ın Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə maraq göstərdiyini və əməkdaşlıq imkanlarının geniş olduğunu qeyd edib.

Prezident İlham Əliyev isə Azərbaycanın maliyyə dayanıqlığının və xarici investorlar üçün əlverişli biznes mühitinin önəmini vurğulayıb. Görüşün qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağı bildirilib.

© azertac

Eləcədə bax: Bridgewater Associates Çindəki bütün aktivlərini satdı – Rey Dalio fonddan ayrıldı