MÜSAHİBƏ

19 Avqust

X5 Robotics yaradıldı – Rusiyanın ən böyük pərakəndə şəbəkəsi robot texnologiyalarına keçir

X5 Robotics – Rusiyanın ən böyük pərakəndə şəbəkəsindən yeni biznes xətti

Finss.az xəbər verir ki, X5 Group özünün yeni biznes istiqaməti – X5 Robotics-i təqdim edib. Yeni strukturun əsas məqsədi pərakəndə sektorunda robot texnologiyalarıavtomatlaşdırma həllərini tətbiq etməkdir.

Şirkətin məlumatına görə, X5 Robotics yalnız qrupun daxilində deyil, həm də xarici bazarlarda innovasiya mərkəzi rolunu oynayacaq. Layihə çərçivəsində istehsal proseslərinin avtomatlaşdırılması, robotların tətbiqi və yeni texnoloji həllərin işlənməsi nəzərdə tutulur.

X5 Tech-in idarəedici direktoru Aleksandr Kostin bildirib ki, yeni xətt “pərakəndə ticarətdə robotlaşdırılmış istehsalavtomatlaşdırma sahəsində inqilabi həllər təqdim edəcək”.

Qeyd edək ki, X5 Group gəlir həcminə görə Rusiyanın ən böyük pərakəndə şəbəkəsidir. 2025-ci ilin iyun ayına şirkət 28 mindən çox mağazanı birləşdirir. Yeni yaradılan X5 Robotics isə retail avtomatlaşdırma həllərirobot texnologiyaları sayəsində bazarda rəqabət üstünlüyünü daha da gücləndirməyi hədəfləyir.