Finss.az - Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu ilə SOCAR-ın Ukraynadakı törəmə şirkəti “SOCAR Energy Ukraine” arasında Azərbaycan təbii qazının tədarükünə dair ilk müqavilə imzalanıb.
Şirkətdən verilən məlumata görə, qaz tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzrə Transbalkan marşrutu ilə sınaq xarakterli həyata keçirilir.
“Naftogaz”ın baş direktoru Sergey Koretski bu addımı strateji baxımdan mühüm hesab edərək bildirib: “Bu müqavilə Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsi və tədarük mənbələrinin şaxələndirilməsi yolunda əhəmiyyətli bir addımdır. Azərbaycan tərəfinin etimadına görə təşəkkür edirik”.
Sözügedən razılaşma uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilir və Azərbaycan qazının Avropaya çıxış imkanlarının genişlənməsinə töhfə verə bilər.
© report