Finss.az - 30 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2025-ci birinci yarım ili üçün nəticələri açıqlayıb.
Maliyyə hesabatlarına əsasən, bu ilin ilk 6 ayında sığorta gəlirlərinin həcmi 9 142 740,12 manat təşkil edərək 2024-cü ilin müvafiq dövrünü üstələyib.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 7 655 983,13 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur. Digər sığorta növləri üzrə daxil olan sığorta haqlarının həcmində də artım var. Bu isə A-Qroup şirkətinin sabit müsbət artım dinamikasını nümayiş etdirir.
A-Qroup sığorta şirkəti hər gün etibarlılığını və bağlanmış müqavilələrin şərtlərinə sadiqliyini sübut edir: 2025-ci birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 5 370 489,61 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 5 022 687 AZN təşkil etmişdir. Ortalama olaraq A-Qroup 2025-ci ilin altı ay ərzində hər gün müştərilərinə təxminən 30.000 AZN məbləğində ödəniş həyata keçirmişdir.
Şirkət yeni məhsulların inkişafına, müştəri bazasının genişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına investisiya yatırmağa davam edəcək ki, bu da müştərilərin yüksək gözləntilərinə cavab verərək, şirkətin sənayedə lider mövqeyini möhkəmləndirəcək.