2026-cı ildə istehlak kreditləri portfelinin artımı 16% ətrafında proqnozlaşdırılır.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu göstərici inflyasiyaya təxminən 0,58 faiz bəndi həcmində artırıcı təsir göstərəcək.
Mərkəzi Bankın hesablamalarına əsasən, istehlak kreditləri portfelinin 10%-lik artımı inflyasiya səviyyəsini 0,34% yüksəldir.
Fuad Mədətov
Finss.az