Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi üzrə 80 orqan transplantasiyası əməliyyatı həyata keçirilib.
Əməliyyatların 56 faizi böyrək, 38 faizi qaraciyər, 6 faizi isə sümük iliyinin transplantasiyasına aid olub. Eyni zamanda, bu dövr ərzində icbari tibbi sığorta sistemi çərçivəsində 44 milyondan çox tibbi xidmət göstərilib.
Cari ilin ilk 6 ayı ərzində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Ən çox müraciət edilən xəstəliklər sırasına ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri daxildir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qeyd edib ki, bu göstəricilər ölkədə tibbi xidmətlərin əlçatanlığının artırılması və vətəndaşların sağlamlığının qorunması istiqamətində atılan mühüm addımların nəticəsidir.