MÜSAHİBƏ

17 İyul

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 3,86 milyon barel azalıb

Finss.az xəbər verir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 3,86 milyon barrel azalaraq 422,2 milyon barrelə düşüb, Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla 1,8 milyon barel azalma gözləyirdilər.

11 iyulda bitən həftədə benzin ehtiyatları 3,4 milyon barel, distillələr isə 4,2 milyon barel artıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar keçən həftə 213 min barel artıb.