MÜSAHİBƏ

17 İyul

Azərbaycan ilə Kolumbiya arasında ticarət dövriyyəsi 46% artıb

Finss.az - Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Kolumbiya arasında ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% artaraq 2 milyon ABŞ dollarını keçib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk 5 ayında Azərbaycandan Kolumbiyaya ixrac 838,9 min dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80,2% artım deməkdir. Eyni zamanda Kolumbiyadan Azərbaycana idxal 1,2 milyon dollar olub – bu, illik müqayisədə 29,3% artım göstərir.

İxracda müşahidə olunan kəskin artım ticarət əlaqələrinin genişləndiyini və Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının gücləndiyini göstərir.