MÜSAHİBƏ

15 İyul

Azərbaycanda minik avtomobili istehsalı 4,9% artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 2 132 ədəd minik avtomobili istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 ədəd və ya 4,9% çoxdur. 2024-cü ilin ilk yarısında ölkədə 2 032 ədəd minik avtomobili istehsal edilmişdi.

Hesabat dövründə ölkədə 146 ədəd yük avtomobili istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 130 ədəd və yaxud 47,1% azalma deməkdir.

Eyni zamanda, maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 302,5 milyon manatlıq məhsul istehsal edilib. Maşın və avadanlıqların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb, avtomobil, qoşqu və yarımqoşqu istehsalı isə 9,5% azalıb.

Fuad Mədətov
Finss.az