MÜSAHİBƏ

14 İyul

Gömrük borcunun ödənilməsi qaydalarına dəyişikliklər

Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklər təsdiqlənib.

Finss.az-ın məlumatına görə, yeni qanun layihəsinə əsasən, gömrük borcu yalnız borclu şəxs və ya təminat verən şəxs tərəfindən ödəniləcək.

Əvvəlki qanunvericilikdə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilirdi, lakin yeni dəyişikliklə bu məsuliyyət dəqiqləşdirilib. Gömrük ödənişlərini ödəmək və məsuliyyət daşımaq bəyannaməçinin vəzifəsidir.

Qanun həmçinin fiziki şəxslərin kommersiya məqsədi olmayan malları gömrük sərhədindən keçirərkən yaranan borcların ödənilməsi qaydasını da tənzimləyəcək.

Qanun layihəsi üçüncü oxunuşda səsvermə ilə qəbul olunub və gömrük borcunun ödənilməsi prosesində şəffaflıq və məsuliyyət artırılacaq.