2025-ci ilin birinci rübündə İsraildən Azərbaycan iqtisadiyyatına 1,21 milyon ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə artım deməkdir.
Azərbaycan Mərkəzi Bankından Finss.az-a verilən məlumata görə, 2024-cü ilin ilk üç ayında İsraildən cəmi 234 min dollar investisiya cəlb olunmuşdu. Yeni rəqəmlər bu ölkənin Azərbaycan iqtisadiyyatına marağının ciddi şəkildə artdığını göstərir.
Bununla belə, ümumi mənzərədə İsrailin payı hələlik kiçikdir – 2025-ci ilin ilk rübündə ölkəyə cəlb olunmuş 1,518 milyard dollarlıq birbaşa xarici investisiyaların cəmi 0,1%-i İsrailin payına düşüb.
Digər tərəfdən, bu dövrdə Azərbaycanın özü də xarici iqtisadiyyata 315,1 milyon dollar həcmində birbaşa investisiya yatırıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azalma deməkdir.