2025-ci ilin ilk yarısında Azərbaycanda 1 601 kiloqram qızıl istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% artım deməkdir. 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 1 004 kiloqram qızıl istehsal olunmuşdu.
Finss.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
2025-ci ilin iyul ayının birinə ölkədə hazır qızıl ehtiyatı 196,4 kiloqram təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda ümumilikdə 2 663 kiloqram qızıl istehsal olunub. Bu göstərici 2023-cü ilin səviyyəsindən 97 kiloqram və ya 3,5% azdır. Həmin ildə qızıl istehsalı 2 660 kiloqram olub.
Fuad Mədətov
Finss.az