MÜSAHİBƏ

14 İyul

Azərbaycanda avtomobil benzini istehsalı azalıb

2025-ci ilin ilk yarısında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2 min ton və ya 5,5% azalma deməkdir.

Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 715,3 min ton avtomobil benzini istehsal edilib.

Statistikaya əsasən, 2025-ci il iyulun 1-nə olan vəziyyətə görə ölkədə hazır avtomobil benzini ehtiyatı 53 min ton təşkil edib. Bu göstərici daxili tələbat və istehsal səviyyələri arasındakı balansın qorunması baxımından əhəmiyyətlidir.

Benzin istehsalındakı azalma ümumilikdə neft məhsullarının istehsalı sektorunda da azalma tendensiyasına uyğun baş verib. Belə ki, hesabat dövründə bu sahədə ümumi istehsalın dəyəri 2,565 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.

Fuad Mədətov
Finss.az