MÜSAHİBƏ

10 İyul

Tramp: “Fed faiz dərəcəsini 3 faiz bəndi aşağı salmalıdır”

Finss.az - ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FED) əsas faiz dərəcəsini ən azı 3 faiz bəndi azaltmağa çağırıb.

Tramp bildirib ki, hazırkı faiz dərəcəsi ABŞ üçün illik 360 milyard dollarlıq əlavə borc xərclərinə səbəb olur. Prezident həmçinin vurğulayıb ki, ölkədə inflyasiya yoxdur, şirkətlər ABŞ-a  kütləvi şəkildə investisiya yatırır və iqtisadiyyat dünyanın ən dinamik iqtisadiyyatıdır. Trampın "Çox Gec Pauel" ləqəbi ilə adlandırdığı Fed rəhbəri Ceron Pauelin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq.

The Wall Street Journal-in məlumatına görə, ABŞ Federal Ehtiyat Sisteminin növbəti rəhbəri vəzifəsinə əsas namizədlər Ağ Ev-in iqtisadi müşaviri Kevın Hassett və keçmiş prezident Corc Buşun administrasiyasında analoji vəzifədə olmuş Kevın Uorşdur. Fed hələ də pul-kredit siyasətində yumşalmaya tələsmir və ticarət siyasətinin inflyasiyaya təsirini izləyir.

ABŞ Mərkəzi Bankı 2024-cü ilin dekabrından bəri faiz dərəcəsini 4,25%-dən 4,5%-ə qədər səviyyədə saxlayır. Federal Ehtiyat Sistemi ticarət müharibələrinin iqtisadi təsirlərini və inflyasiya göstəricilərini nəzərə alaraq, monetar siyasətin yumşaldılması istiqamətində ehtiyatlı mövqe tutur.