MÜSAHİBƏ

09 İyul

“Bank Melli İran”ın Bakı filialının xalis mənfəəti azalıb - MALİYYƏ HESABATI

“Bank Melli İran”ın Bakı filialı 2025-ci ilin ilk yarısına dair maliyyə nəticələrini açıqlayıb.

Finss.az-ın məlumataına görə, cari ilin yanvar-iyun aylarında filialın xalis mənfəəti 3,22 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% azalma deməkdir. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu göstərici 3,44 milyon manat olmuşdu.

Müvafiq dövrdə bankın xalis faiz gəlirləri 18% artaraq 2,83 milyon manata yüksəlib. Bununla paralel olaraq, inzibati xərclər də artım nümayiş etdirərək 12,2% çoxalıb və 851,4 min manat olub. Bank aktivlər üzrə ehtiyatların yaradılması üçün ayırmaları isə 41% azaldaraq 1,13 milyon manata endirib.

Hesabat dövründə bankın ümumi aktivləri 3,4% və ya 4,66 milyon manat artaraq 123,77 milyon manata çatıb. Bu artıma baxmayaraq, filialın kredit portfeli əhəmiyyətli dərəcədə azalıb. Belə ki, müştərilərə verilmiş kreditlər 25,4% və ya 380 min manat azalaraq 1,12 milyon manat təşkil edib.

2025-ci il iyulun 1-nə bankın cəmi öhdəlikləri 2,1% artaraq 71,6 milyon manata çatıb. Eyni zamanda, müştəri hesabları 1,4% və ya 572 min manat artım göstərərək 36,2 milyon manata yüksəlib.

Nizamnamə kapitalı 73,6 milyon manat olan “Bank Melli İran”ın Bakı filialı hesabat dövründə yığılmış zərərini 24,67 milyon manatdan 21,44 milyon manata endirib. Nəticə olaraq, bankın cəmi kapitalı 6,5% artaraq 52,1 milyon manat olub.

Fuad Mədətov
Finss.az