Finss.az - Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi sayəsində fermerlər heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərə qarşı sərfəli qiymətlərlə sığortalaya bilirlər.
Sistem iribuynuzlu (inək, camış) və xırdabuynuzlu (qoyun, keçi) heyvanları əhatə edir.
Heyvanlar yoluxucu xəstəliklər, təbii fəlakətlər, ilan və həşarat sancması, yanğın, zəhərlənmə və digər risklərə qarşı sığortalanır. Fermerlər heyvanlarının dəyərinin yalnız yarısı həcmində sığorta haqqı ödəyirlər – digər 50% isə dövlət tərəfindən maliyyələşdirilir.
Məsələn, 1000 manatlıq inəyin baza zərf üzrə sığortası fermerə cəmi 24,5 manata, 300 manatlıq qoyunun sığortası isə 6,9 manata başa gəlir. Əlavə riskləri (avtomobil qəzası, oğurluq, elektrik vurması və s.) də əhatə edən genişləndirilmiş sığorta paketləri 39 və 11 manat təşkil edir.
Heyvanların sığortası 1 ildən 3 ilədək müddətə bağlana bilər. Müddət artdıqca tariflər endirilir. Südlük mal-qara 7, ətlik mal-qara 3, qoyun və keçilər isə 5 yaşınadək sığortalanır.
Sığorta üçün heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı tələb olunur. Ödənişlər isə AsanPay sistemi vasitəsilə mobil telefonla və ya onlayn həyata keçirilə bilər.
Əlavə məlumatları www.asf.gov.az saytından və 1651 qısa nömrəsindən almaq mümkündür.