MÜSAHİBƏ

02 İyul

Azərbaycanda “Visa” kartları ilə əməliyyatların sayı və həcmi azalıb

2024-cü ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının — həmçinin statistik vahidlərin emissiya etdiyi “Visa” kartları vasitəsilə aparılan əməliyyatların sayı 124,153 milyon ədəd, əməliyyatların həcmi isə 7 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aprellə müqayisədə “Visa” kartları ilə əməliyyatların sayı 13,461 milyon ədəd və ya 9,8%, əməliyyatların həcmi isə 956 milyon manat (12%) azalıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayının sonunda “Visa” kartları ilə əməliyyatların sayı 137,614 milyon ədəd, əməliyyatların həcmi isə 8 milyard manat idi.

Burada rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların ümumi sayı və həcmi nəzərdə tutulur. Yəni, bu, yerli banklar və digər maliyyə qurumlarının verdiyi kartlar vasitəsilə həyata keçirilən əməliyyatları əhatə edir.

Fuad Mədətov
Finss.az