MÜSAHİBƏ

01 İyul

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına 15 milyard dollar sərmayə yatırıb

Finss.az - Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa işlərinə indiyə qədər 15 milyard dollar sərmayə qoyub.

Bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün IV maliyyələşdirmə konfransında (FFD4) çıxışı zamanı bildirib.

Samir Şərifov vurğulayıb ki, "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində azad edilmiş bölgələrin yenidən qurulması və bərpasına bu qədər maliyyə vəsaiti yönəldilib. Məqsəd, yarım milyona yaxın məcburi köçkünün öz doğma şəhər və kəndlərinə qayıtması üçün əlverişli şərait yaratmaqdır.

Bu sərmayə layihələri yerli infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, yolların yenidən qurulması və digər vacib sahələri əhatə edir. Hökumət qeyd edir ki, bu addımlar bölgənin davamlı inkişafını təmin etmək və sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün zəruridir.

 

© report