Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycan 6 289 ton çay idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən bu çayın dəyəri 38 milyon 112 min ABŞ dollarına bərabərdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə, çay idxalı həcm baxımından 1 169 ton, yəni 22,8% artıb. Dəyər baxımından isə artım 12 milyon 414 min ABŞ dolları (48,3%) təşkil edib. Bu idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,4%-ni təşkil edir.
Bundan başqa, hesabat dövründə Azərbaycan 288 ton çay ixrac edib və bu ixracın dəyəri 2 milyon 581 min ABŞ dollarına çatıb. Ötən ilin yanvar-may dövrü ilə müqayisədə, çay ixracı həcm baxımından 4 ton (1,3%), dəyər baxımından isə 85 min ABŞ dolları (3,1%) azalıb.
Qeyd olunmalıdır ki, hesabat dövründə çay ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02%-ni təşkil edir.