MÜSAHİBƏ

30 İyun

“vahid, böyük və gözəl” qanun layihəsi təsdiqləndi

Finss.az - ABŞ Konqresinin Senatı prezident Donald Tramp tərəfindən “vahid, böyük və gözəl” adlandırılan vergi və büdcə qanun layihəsini qəbul edib. Qanun layihəsi federal vergilərin azaldılmasını, Pentaqonun maliyyələşdirilməsinin artırılmasını və sərhəd təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.

Yeni qanun eyni zamanda dövlətin sosial təminat xərclərində, o cümlədən aşağı gəlirli amerikalılar üçün nəzərdə tutulmuş Medicaid səhiyyə proqramında ixtisarları əhatə edir.

CNN xəbər verir ki, əsas prosedur səsverməsinin başa çatması respublikaçı liderlərə qanun layihəsinə qarşı yönəlmiş narazılıqları nəzərə almaq və düzəlişlər etmək imkanı verir.

Qanun layihəsinə ediləcək dəyişikliklərdən sonra sənəd yenidən Nümayəndələr Palatasına qaytarılacaq. Palata bu sənədi may ayında ilkin mərhələdə təsdiqləmişdi.