“Unicapital İnvestisiya Şirkəti” ASC-nin korporativ istiqrazlar üzrə dövriyyəsi 2025-ci ilin yanvar-may aylarında 387,5 milyon manat olub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikasında yer alıb.
Şirkət ötən illə müqayisədə 104,7 milyon manat azalma və 21% geriləmə göstərib.
Fuad Mədətov
Finss.az