“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin yanvar-may aylarında dövlət istiqrazları üzrə əməliyyat dövriyyəsi 12,9 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında yer alıb.
Şirkətin göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 160 milyon manat azalıb ki, bu da 13,4 dəfəlik geriləmə deməkdir.
Fuad Mədətov
Finss.az