2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 339,8 milyon manat xalis mənfəət əldə edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı məlumat verib.
Zakir Nuriyev bildirib ki, eyni dövrdə bankların faiz gəlirləri 1,5 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az