2025-ci ilin ilk rübündə İspaniyadan Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 7,437 milyon ABŞ dollarına çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə ciddi artım müşahidə olunub: 4,204 milyon dollar və ya 2,3 dəfə.
Qeyd edək ki, 2024-cü il ərzində İspaniyadan Azərbaycana yatırılan birbaşa investisiyaların ümumi məbləği 3,233 milyon dollar olub. Eyni ildə Azərbaycandan İspaniya iqtisadiyyatına yönələn investisiya isə cəmi 87 min dollar təşkil edib.
Fuad Mədətov
Finss.az