2025-ci ilin birinci rübündə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,788 milyon dollar və ya 34,2% artım deməkdir.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə xaricə ümumi pul köçürmələrinin 16,7%-i ABŞ-a yönəldilib.
Eyni zamanda, ABŞ-dən Azərbaycana fiziki şəxslərin köçürmələri də 23,268 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,853 milyon dollar və ya 61,4% çoxdur. Xaricdən Azərbaycana ümumi pul köçürmələrinin 10,1%-i ABŞ payına düşür.
2024-cü ilin birinci rübündə Azərbaycandan ABŞ-yə pul köçürmələri 13,997 milyon, ABŞ-dən Azərbaycana isə 14,415 milyon dollar idi.
Ümumilikdə, 2025-ci ilin ilk üç ayında Azərbaycandan digər ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,811 milyon dollar və ya 14,3% azalma deməkdir.
Bununla yanaşı, xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələri 229,494 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin göstəricisindən 64,926 milyon dollar və ya 22,1% azdır.
Fuad Mədətov
Finss.az