2025-ci ilin birinci rübündə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,214 milyon ABŞ dolları təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 313 min dollar və ya 20,5% azalma deməkdir. Hesabat dövründə Fransanın bu göstəricidəki payı 1,1%-ə bərabər olub.
Əks istiqamətdə, Fransadan Azərbaycana pul köçürmələri 5,755 milyon ABŞ dollarına yüksəlib ki, bu da 4 dəfə artım (4,328 milyon dollar) deməkdir. Beləliklə, 2025-ci ilin ilk rübündə Fransanın Azərbaycana daxil olan ümumi köçürmələrdə payı 2,5%-ə çatıb.
2024-cü ilin birinci rübündə bu göstəricilər uyğun olaraq 1,527 milyon dollar (Azərbaycandan Fransaya) və 1,427 milyon dollar (Fransadan Azərbaycana) olmuşdu.
Bundan əlavə, Azərbaycandan xarici ölkələrə ümumi pul köçürmələri 112,674 milyon ABŞ dolları olub ki, bu da 14,3% azalma deməkdir. Xaricdən ölkəyə daxil olan pul köçürmələri isə 229,494 milyon ABŞ dolları təşkil edib (2024-cü ilə nisbətən 22,1% az).
Eyni dövrdə Azərbaycanın Fransaya yatırdığı birbaşa investisiyalar 9,211 milyon ABŞ dolları olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azalma deməkdir. Ümumilikdə, Fransaya yönələn investisiyaların ümumi investisiya portfelində xüsusi çəkisi 2,9%-dir.
Fuad Mədətov
Finss.az