MÜSAHİBƏ

21 İyun

PAŞA Sığorta müasir və təkmilləşdirilmiş veb-saytını təqdim edib

Finss.az - PAŞA Sığorta müştəri təcrübəsini daha da təkmilləşdirmək məqsədilə rəsmi veb-saytını tamamilə yeniləyib. Yeni dizayn və istifadəçi yönümlü struktur sayəsində veb-saytdan istifadə indi daha sürətli, aydın və funksional olub.

Müasir texnologiyalar və müştəri yönümlü həllərlə xidmət keyfiyyətini daima artırmağı hədəfləyən PAŞA Sığorta, saytın mobil uyğunluğu və canlı dəstək xidmətini də təkmilləşdirilərək istifadəçilərə təqdim edib. İstifadəçilər istədikləri məhsulu seçərək, prosesi mobil cihazlar vasitəsilə belə rahatlıqla tamamlaya bilirlər.

Yenilənmiş vebsaytda KASKO, əmlak, səyahət sığortası və digər sığorta məhsulları haqqında məlumatlar daha sadə və anlaşılan dildə təqdim edilib. Müştərilər onları maraqlandıran məhsullarla asanlıqla tanış ola və seçimlərini daha rahat edə bilirlər.

Bu yeniliklər müştərilərə istənilən yerdən və istənilən vaxt sığorta ilə bağlı əməliyyatları sürətli və şəffaf şəkildə həyata keçirməyə imkan yaradır.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.