MÜSAHİBƏ

21 İyun

SOCAR-da innovasiyalar: Strateji prioritet

Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün innovasiyalar hər zaman əsas prioritetlərdən biri olaraq qalır.

Bu barədə SOCAR-ın vitse-prezidenti, strateji inkişaf üzrə müşaviri Teymur Əliyev “Baku ID 2025” tədbiri çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

Teymur Əliyevin sözlərinə görə, innovasiyalar yalnız startaplarda deyil, həm də şirkətin korporativ strukturunun bütün səviyyələrində yeni həllərin inteqrasiyasını əhatə edir. SOCAR qabaqcıl texnoloji alətlərin axtarışı və tətbiqində fəal iştirak edir ki, beləliklə qaz kəşfiyyatı, hasilatı, emalı, ofşor layihələri, eləcə də elektrik stansiyalarının tikintisi və fəaliyyəti kimi geniş sahələrdə ən müasir həllərdən istifadə edilsin.

“Ən yaxşı və ən müasir həllərdən istifadə etməyə çalışırıq. Bu, qaz kəşfiyyatı və hasilatından tutmuş emala, ofşor layihələrinə, elektrik stansiyalarının tikintisi və fəaliyyətinə qədər bütün sahələri əhatə edir. SOCAR-ın geniş fəaliyyət spektri var və innovasiyalar bu proseslərin hər mərhələsində mühüm rol oynayır,” – deyə Teymur Əliyev vurğulayıb.

O əlavə edib ki, yalnız davamlı yeniliyə can atmaqla qlobal enerji bazarında dayanıqlı inkişaf və rəqabət qabiliyyətini qorumaq mümkündür. Bu da SOCAR-ın strateji hədəflərinə çatmaq üçün əsas amillərdən biridir.