Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az-ın məlumatına görə, ötən gün bu neft markasının 1 barelinin qiyməti 3,41 ABŞ dolları və ya 4,13 % bahalaşaraq 82,58 ABŞ dollarına çatıb.
Qeyd edək ki, əvvəlki gün bu göstərici 79,17 ABŞ dolları idi.
Xatırladaq ki, 2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində “Azeri Light” neftinin 1 bareli üçün orta qiymət 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Fuad Mədətov
Finss.az