Kapital Bank şəxsi ehtiyaclarını ödəmək istəyənlər üçün maksimal 50 000 AZN məbləğində, 59 ayadək müddətli nağd pul krediti təqdim edir.
Finss.az xəbər verir ki, iİllik faiz dərəcəsi 10.9%-dən başlayır. Kredit Kapital Bank və digər banklardan əməkhaqqı və ya təqaüd alan şəxslər üçün əlçatandır. Müraciət edən şəxsin yaşı minimum 18, maksimum isə kreditin son ödəniş gününə qədər 70 yaşdan çox olmamalıdır.
Son iş yerində minimum 3 ay staj tələb olunur (təqaüdçülərə aid deyil). Rəsmi gəliri olan şəxslər, eləcə də digər banklarda mövcud krediti olanlar bu imkandan yararlana bilərlər. Zəruri hallarda zamin də tələb oluna bilər. Kredit üzrə illik effektiv faiz dərəcəsi (FİFD) 10.9%-dən 43.84%-dək dəyişir.
Nağd kredit üzrə ödənişlər gün ərzində saat 19:00-dək edildiyi halda həmin gün üçün keçərli sayılır. Kapital Bank, həmçinin, müştərilərə kreditlə bağlı riskləri qarşılamaq məqsədilə borcalanın həyatının sığortalanmasını da təklif edir.
Ətraflı məlumat üçün: //ccl.birbank.az/az/order/GTKR?t=bb
Fuad Mədətov
Finss.az