MÜSAHİBƏ

19 İyun

Neft-qaz sektorunun cari əməliyyatlar balansı üzrə profisiti 3,8 milyard dollar təşkil edib

2025-ci ilin I rübündə “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli təxminən 74 ABŞ dolları, təbii qazın isə 1 000 kubmetri 320 ABŞ dolları qiymətinə ixrac edilib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov Mərkəzi Bankda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, rüb ərzində neft-qaz sektorunda cari əməliyyatlar balansı üzrə profisit 3,8 milyard dollar, qeyri-neft-qaz sektorunda isə kəsir 2,7 milyard dollar təşkil edib.

Hər iki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım nümayiş etdirib. Belə ki, neft-qaz sektorundakı profisit 5,6 %, qeyri-neft-qaz sektorundakı kəsir isə 42,1 % artıb.

Fuad Mədətov
Finss.az