MÜSAHİBƏ

19 İyun

Azərbaycanın tədiyə balansında müsbət dinamika qeydə alınıb

2025-ci ilin ilk rübündə Azərbaycanın cari əməliyyatlar balansında 1,1 milyard dollar həcmində profisit yaranıb.

Finss.az xəbər ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansına dair keçirilmiş brifinqdə səsləndirib.

Onun sözlərinə görə, xarici ticarət balansında formalaşan 2,4 milyard dollarlıq müsbət saldo ümumi göstəricilərə əsaslı təsir göstərib. Rüb ərzində ölkənin mal ixracı 6,2 milyard dollar, idxalı isə 3,8 milyard dollar təşkil edib.

Həmçinin təkrar gəlirlər balansı üzrə 106 milyon dollar məbləğində profisit qeydə alınıb. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatına xaricdən 229 milyon dollar vəsait daxil olub.

Eyni zamanda, ilkin gəlirlər balansında müəyyən kəsir müşahidə olunub. Bu kəsir əsasən ölkədən xaricə transfer olunan investor gəlirləri ilə bağlıdır.

Fuad Mədətov
Finss.az