ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra kəskin şəkildə azalıb.
Finss.az-ın ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi məlumata görə, ötən həftə ehtiyatlar 11,473 milyon barel azalaraq 420,942 milyon barel səviyyəsinə enib.
Halbuki, analitiklər ehtiyatlarda cəmi 2,3 milyon barel azalma proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatlarına dair statistik göstəricilər dünya bazarında “qara qızıl”ın qiymətinə mühüm təsir göstərir. Belə kəskin azalma bazarda təklifin daralması ilə bağlı gözləntiləri gücləndirə və neft qiymətlərində artım təzyiqini artıra bilər.
Fuad Mədətov
Finss.az