MÜSAHİBƏ

16 İyun

TENDER: Promo materialları

Finss.az - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti çap və promo məhsullarının satın alınması üzrə tender müsabiqəsi keçirir.

Tender çərçivəsində çap və yazı kağızları, biznes kağızları, qovluqlar, bağlayıcılar, etikətlər və digər promo materiallar alınacaq.

Ehtimal olunan dəyər 18.967,91 AZN-dir. İştirak haqqı 37.94 AZN, istifadə haqqı isə 25 AZN təşkil edir. Təkliflərin qəbulu və zərflərin açılışı 1 iyul 2025-ci il saat 18:45-də baş tutacaq.

Ətraflı məlumat üçün etender.gov.az saytına müraciət edə bilərsiniz.