MÜSAHİBƏ

16 İyun

TENDER: Nəqliyyat vasitələrinin təmiri

Finss.az - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi nəqliyyat vasitələrinin təmiri və baxımı üçün boya və qaraj avadanlıqlarının satın alınması üzrə tender müsabiqəsi keçirir.

Tender çərçivəsində oksigenli həlledicilər, boya sistemləri, qaynaq maşınları, qaldırıcı avadanlıqlar, xüsusi avtomobil sistemləri və digər texniki xidmət avadanlıqları təmin olunacaq.

Layihənin ehtimal olunan dəyəri 128 776,63 manatdır. İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manatdır. Təkliflərin qəbulu və zərflərin açılışı 10 iyul 2025-ci il saat 15:00-da baş tutacaq.

Ətraflı məlumat üçün etender.gov.az saytına baxmaq olar.