Bank Respublika ASC-nin Daşınmaz əmlak krediti iri məbləğdə vəsaitə ehtiyacı olanlara sərfəli şərtlərlə imkanlar təqdim edir.
Finss.az xəbər verir ki, kredit məbləği 50 000 AZN-dək, müddəti isə 36 aya qədər müəyyən edilir.
Kreditin illik faiz dərəcəsi 23%-dən başlayır, komissiya isə 1%-dən yuxarıdır. Kreditin rəsmiləşməsi operativ şəkildə, qısa zamanda həyata keçirilir. Maksimal kredit məbləği girov qoyulan daşınmaz əmlakın dəyərinin 70%-ni keçməməlidir.
Girov kimi borcalanın öz adına olan daşınmaz əmlak və ya mənzil çıxış edir, zamin tələb olunmur. Kredit üçün tələb olunan sənədlər: şəxsiyyəti təsdiq edən sənəd, rəsmi gəlirləri təsdiq edən sənəd və daşınmaz əmlakın çıxarışı (kupça).
Kredit onlayn sifariş edilə bilər.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/dasinmaz-emlak-krediti_413
Fuad Mədətov
Finss.az